Danimarka ehtiyatda olan bütün artilleriyasını Ukraynaya verir

Danimarka ehtiyatda olan bütün artilleriyasını Ukraynaya ötürmək qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen Münxendə məlumat verib. Baş nazir qeyd edib ki, silah təchizatı üzrə Avropa liderləri tez-tez istehsal problemlərinə istinad edirlər. Avropanın silahları var və onları Ukraynaya ötürməlidir.

“Danimarka bütün artilleriyasını Ukraynaya köçürmək qərarına gəldi. Avropada hərbi texnika var, bu, təkcə istehsal məsələsi deyil. Silahlar, sursatlar, hava hücumundan müdafiə sistemləri var ki, biz onlardan hələ istifadə etmirik. Onların Ukraynaya təhvil verilməsi lazımdır”, – deyə Mette Frederiksen əlavə edib.

Danimarka hökumətinin başçısı, həmçinin Ukraynanın Aİ və NATO-ya inteqrasiyasını dəstəkləyib. Frederiksen hesab edir ki, Aİ Ukraynaya ittifaqa qoşulacağına dair aydın siqnal verməlidir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.