Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Daşaltı məscidi Qarabağ memarlıq məktəbinə uyğun inşa olunub

User 11 May 2025 - 18:16 (Last updated: 21 May 2025 - 20:44)
mescid

İşğaldan azad olunmuş ərazilərdə aparılan geniş quruculuq işləri çərçivəsində məscidlərin bərpası və inşası da mühüm yer tutur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışı ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov AZƏRTAC-a  bildirib ki, Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İki minarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. İki mərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək.

Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir.

AzPost.az

Post navigation

Previous: Uşaq əyilir – Bu idman bel problemlərinin qarşısını alır
Next: 100 yaşa qədər yaşamaq istəyirsinizsə, bu yeməyi yeyin

Oxşar xəbərlər

seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50

xƏBƏR

ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçiriləcək. Azpost.info təqdim edir.     AzPost.az
Read more about Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.