Daşkəsəndə toyda qətl törədən şəxs saxlanılıb

25 İyul 2021 - 21:33

Daşkəsəndə toyda qətl törədən şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs Alaxançalı kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyev Şakir Şükür oğludur.

O, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanıb.

Faktla bağlı araşdırma aparılır.

***

18:03

Daşkəsəndə qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda “Köhnə stadion” adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Alaxançalı kənd sakini 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu toyda tanışı tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.