Daşkəsəndə itkin düşənlərin paltarı, çəkməsi və at sümükləri tapılıb

İyul ayında Daşkəsəndə itkin düşən iki nəfərin Göygöl rayonu ərazisində paltarı, çəkməsi və at sümükləri tapılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

E. Qasımov bildirib ki, Göygöl rayonunun minalanmış ərazisində bu gün səhər saatlarında at sümükləri, uşaqlardan birinin gödəkcəsi, digərinin isə çəkməsi aşkarlanıb.

Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib.

Axtarışlar davam edir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 30-da itkin düşən Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri – 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun axtarışları davam etdirilir.

Sözügedən şəxslərin tapılması istiqamətində Kəlbəcər rayonu ərazisində intensiv axtarış işləri həyata keçirilir: “Ehtimal olunur ki, itkin düşən şəxslər dumanlı hava şəraitində azaraq kəndlə sərhəd olan Kəlbəcər rayonu ərazisinə keçiblər. Hazırda axtarış aparılan ərazilər həddən artıq minalanmış sahələr olduğu üçün işlərin həyata keçirilməsində ləngimələr yaranır”.

İtkin düşmüş şəxslərin tapılması üçün aidiyyatı qurumlardan əlavə Müdafiə Nazirliyinin də əməkdaşları axtarışlara cəlb olunub.

Məlumata görə, İsmət Bayramov və Ülfət Rüstəmov iyulun 30-da at gətirmək adı ilə kənd ərazisindəki otlaq sahəsinə gedib, bir daha geri qayıtmayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həbsdə olan sabiq nazir Əhməd Əhmədov general rütbəsindən məhrum edildi

Sonrakı məqalə

“Şuşada Alim Qasımovla birgə futbolçu Mxitaryanın villasında olduq” –