David Silva “Mançester Siti” ilə vidalaşıb

“Mançester Siti”də ilk ayrılıq baş tutub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi David Silva klubla vidalaşıb.

34 yaşlı ispaniyalı oyunçu sosial şəbəkə vasitəsilə “şəhərlilər”ə “əlvida” deyib: “Bu komanda üçün çox darıxacağam”, – yazan Silva mövsüm başa çatdıqdan sonra azad agent statusuna yiyələnəcək. Hazırda onun xidmətində “Betis”, “İnter-Mayami” və “Milan” maraqlıdır.

Qeyd edək ki, David Silva 2010-cu ildən “Mançester Siti”də çıxış edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sağalan COVİD xəstələrinə arayış necə verilir? –

Sonrakı məqalə

Füzuli sakini həmkəndlisini bıçaqla öldürdü