Daxili işlər orqanlarında yeni kadr təyinatı olub

20 Mart 2020 - 15:37

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı İlham Səfərov Hava Nəqliyyatında Polis İdarəsinin şəxsi heyət üzrə rəis müavini təyin edilib. O bu vaxta qədər həmin idarədə baş inspektor vəzifəsində çalışıb.