Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Dayısının evindən pul oğurladı, qorxudan tualetə atdı

Orkhan Ali 02 İyun 2025 - 21:44 (Last updated: 02 İyun 2025 - 20:03)
oğurluq

oğurluq

Cəlilabadda sahibkarın bacısı oğlu azadlığın məhdudlaşdırılması ilə cəzalandırıldı.

Cəlilabad rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib. AzPost xəbər verir ki, “Rizvan” ticarət mərkəzində ərzaq satışı ilə məşğul olan sahibkar İlyas adlı şəxsin evindən 1 min doqquz yüz manat pul oğurlanıb. Araşdırma nəticəsində məlum olub ki, oğurluq hadisəsini onun bacısı oğlu – 1987-ci il təvəllüdlü Səid törədib.

İstintaq materiallarına əsasən, Səid mənzilə qanunsuz daxil olaraq pulları ələ keçirib və daha sonra taksi ilə Masallı rayonuna gedərək restoranların birində yeyib-içib. Tanımadığı taksi sürücüsünə qırx manat, restoranda isə altmış beş manat xərclədiyini bildirib. O, dayısının polisə müraciət etdiyini öyrəndikdən sonra izləri gizlətmək məqsədilə qalan pulu selofan torbaya qoyaraq tualetə atıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü (mənzilə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddəsi ilə iş açılıb və məhkəməyə göndərilib.

Məhkəmənin hökmünə əsasən, Səid təqsirli bilinib və ona iki il dörd ay on gün müddətində azadlığın məhdudlaşdırılması cəzası verilib. Bu müddət ərzində o, elektron qolbaqla nəzarətdə saxlanılacaq.

AzPost.az

Post navigation

Previous: Zərərçəkmiş: “Məqsəd azərbaycanlıları məhv etmək idi”
Next: BP-yə iş vədi ilə 3 nəfəri aldadıb

Oxşar xəbərlər

turk jurnalist
  • Kriminal

Azərbaycanda türkiyəli köşə yazarı axtarışa verildi, cinayət işi açıldı –

User 16 Oktyabr 2026 - 16:20
xirdalan mek
  • Kriminal

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi

User 16 Oktyabr 2026 - 09:25
qeza
  • Kriminal

Gədəbəydə sərxoş sürücü qəza törətdi –

User 14 Oktyabr 2026 - 15:47

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.