“Dedim, buna iclasda iştirak etməyə kim icazə verib?” –Sabiq dövlət katibi Kissincer Baydenlə tanışlığından danışdı

ABŞ siyasətinin mogikanlarından olan sabiq dövlət katibi, 97 yaşlı Henri Kissincer yeni prezident Cozef Baydenlə necə tanış olmalarından danışıb.

Azpost.info bildirir ki, “Le Figaro” qəzetinə müsahibəsində Kissincer deyib ki, o, Baydeni 40 ildən çoxdur ki, tanıyır: “Mən Baydeni 40 ildən çoxdur tanıyıram. Onun heç 30 yaşı yox idi, amma Konstitusiyanın imkan verdiyi ən minimal yaş həddində senator seçilmişdi. Mən Dövlət katibi olarkən ABŞ Senatının beynəlxalq əlqələr üzrə Komitəsinin yüksək səviyyəli iclasında iştirak edirdim. Bayden iclasın keçirildiyi yerə daxil olanda mən onu tanımadım. Bilmədim kimdir. Odur ki, dedim: “Mən heç bilmirdim ki, əməkdaşlara belə mühüm iclasda iştirak etməyə icazə verilib”. Bayden o zaman buna elə də böyük əhəmiyyət vermədi. Amma sonralar bu əhvalatı bir az da şişirdib danışmağı xoşlayırdı”.

 Kissincer deyib ki, Baydeni bir insan kimi qiymətləndirir: “Bizim xarici siyasətlə bağlı baxışlarımız tez-tez toqquşurdu. Əgər o prezident olsa, mən əminəm ki, Bayden yürütdüyü xarici siyasətdə özünü təmkinli aparacaq. Mən bilirəm ki, o, öz qərarlarını zorla qəbul etdirən adamlardan deyil”.

Kissincerin sözlərinə görə, seçkidən sonra Amerikanın əsas işi daxili siyasi münaqişələri idarə etmək olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tərtər rayonunun işğaldan azad olunan Talış kəndi –

Sonrakı məqalə

Ermənilər Kəlbəcəri tərk edir –