“Deməli, o, qulların sevgisi hesabına yaşayırdı?!”- Dumanın deputatı Puqaçovaya cavab verdi

“Budur, o, bizim haqqımızda deyir! Deməli, onu alqışlayan, səmimi olaraq sevən, ona tonlarla çiçək verən hər kəs quldur? Deməli, o, qulların sevgisi hesabına yaşayırdı?! Primadonnamız özünü eşidirmi?”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının deputatı Oleq Morozov tanınmış estrada müğənnisi Alla Puqaçovanın son açıqlamasına münasibət bildirərkən deyib.

Deputat rus xarakterində itirilmiş insana acımaq adətinin olduğunu deyərək sənətçiyə mərhəmət etməyə çağırıb: “Qəribə məntiqdir. Şəxsən mənim Alla Borisovnaya heç bir nifrətim yoxdur. Hesab edirəm ki, bu hiss hətta Rusiya vətəndaşlarının böyük əksəriyyətində də yoxdur. Ona cansağlığı, şəxsi xoşbəxtlik və bir vaxtlar onun istedadını sevgiləri ilə bəsləyən insanları daha yaxşı hiss etməyi arzulayıram”.

Qeyd edək ki, bir neçə gün əvvəl ailəsi ilə birlikdə Rusiyanı tərk edən tanınmış estrada müğənnisi Alla Puqaçova ünvanına səslənən tənqidlərə sərt reaksiya verib.

“Heç vaxt dözə bilmədiyim insanların mənə nifrət etməsi xoşbəxtlikdir. Məni bəyənsəydilər, bu o demək olardı ki, boşuna oxuyub, boşuna yaşamışam. Səbəbi aydındır. Qoy, dişlərini qıcasınlar. Onlar ağanın nökəri idilər, qul oldular”, – Puqaçova sosial şəbəkədəki paylaşımında yazıb.

Azpost.info

Əvvəlki məqalə

Lənkəran İcra Hakimiyyətində əməliyyat –

Sonrakı məqalə

Galaxy Z Flip4 və Galaxy Z Fold4 smartfonlarının satışı niyə artıb? –