Lənkəran İcra Hakimiyyətində əməliyyat –Vəzifəli şəxslər saxlanıldı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində bəzi vəzifəli şəxslərin, eləcə də Lənkərən RİH-in şöbə müdiri – baş memar Elgün Əzizulla oğlu Abdullayevin saxlanıldığı bildirilir.

Əəməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.

Qeyd edək ki, Lənkəran RİH-in başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifəni tutur.

Əvvəlki məqalə

Mətbuat Şurası sədrinin müavinləri seçilib – FOTO

Sonrakı məqalə

“Deməli, o, qulların sevgisi hesabına yaşayırdı?!”