Deputat: “Bəzi hüquqi və fiziki şəxslər vergidən yayınmağa meyllidir”

“Bəzi hüquqi və fiziki şəxslər vergidən yayınmağa meyllidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, “İcra haqqında” qanuna təklif edilən normanı qəbul etməyə tələsməməliyik: “Bu normanı çıxarmaq lazımdır. 5 il çox böyük vaxt deyil. Orada müvafiq dövlət orqanları ilə iş adamları arasında əlaqə yarana bilər, nəticədə büdcə müvafiq vəsaitlərdən məhrum olacaq. Həmçinin kimsə müflis olursa, bankrot olmuş müəssisə sonradan yenidən daha yaxşı fəaliyyət göstərir. Belə olduğu halda bu şəxsləri vergi borcundan birdəfəlik azad olunması izah olunmalıdır. Mən bu qanunun əleyhinə səs verəcəm. Bu normanın ekspertizası həyata keçirilməlidir”.

Deputat Əli Hüseynli isə bildirib ki, burada o təhlükə yoxdur: “Ümidsiz borclar o borclardır ki, onların hesabında vəsait, sahibkarın verəcəyi heç nə olmasın. Sahibkar artıq tamamilə çıxılmaz vəziyyətdə olanda dövlətin edə biləcəyi tək şey o borcları sıfırlamaqdır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir