Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Deputat tibbi sığorta yığımının artırılmasını təklif edib

User 06 Noyabr 2025 - 14:01 (Last updated: 06 Noyabr 2025 - 14:01)
resad mahmudov

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov icbari tibbi sığorta haqqına dair təkliflə çıxış edib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, səhiyyə xərclərinin ÜDM-də payı hələlik 2,7 faiz təşkil edir.

Rəşad Mahmudov qeyd edib ki, beynəlxalq təcrübə göstərir ki, yaxın gələcəkdə səhiyyə büdcəmizin ÜDM dəki payının minimum 5 faizə çıxarılmasına hədəfləməliyik: “İnkişaf etmiş ölkələrdə səhiyyənin dayanıqlılığı icbari tibbi sığorta yığımları hesabına təmin olunur. Bizdə bu sistem hazırda “2 + 2” modelindədir — yəni 2 faiz işəgötürən, 2 faiz işçi ödəyir. Lakin bu, beynəlxalq praktikada minimum səviyyə hesab olunur. Qazaxıstan son illərdə “3 + 3” modelinə keçərək səhiyyə fondlarını ikiqat artırdı. Türkiyədə bu nisbət ümumilikdə 17 faiz, Almaniyada isə 14,6 faizdir. Bu fərqlər təsadüfi deyil, səhiyyə sisteminin xidmət keyfiyyətinə, dərman təminatına və əhalinin məmnunluğuna birbaşa təsir göstərir.

Əgər biz yaxın illərdə dayanıqlı, alıcatan və keyfiyyətli səhiyyə xidmətləri qurmaq istəyiriksə, mərhələli şəkildə “2 + 2” modelindən “4 + 4” səviyyəsinə keçid vacibdir. Bu keçid təkcə faiz artımı deyil, bu üç strateji nəticə verəcək. Birincisi, sistem dayanıqlığı artacaq, dövlətin maliyyə yükü azalacaq, sığorta fondu sabit gəlir axınına çevriləcək. Xidmət keyfiyyəti yüksələcək, yığımlar hesabına xidmət zərfi və dərman təminatı genişlənəcək. Vətəndaş məmnunluğu artacaq, ödəyən hər kəs aldığı xidmətin qarşılığını daha aydın görəcək.

Bu məsələ ictimaiyyət tərəfindən bəzən yanlış başa düşülür, “əlavə yük” kimi təqdim olunur. Amma əslində, bu mexanizm dövlətin üzərindən yükü azaldan deyil, vətəndaşın sağlamlıq hüququnu daha güclü təmin edən bir sistemdir. Çünki sığorta yığımının artması deməkdir ki, daha çox vətəndaş daha keyfiyyətli xidmət alacaq, sistem isə maliyyə baxımından özünü təmin edən və şəffaf olacaq. Bu tədbirlər həyata keçərsə, səhiyyə xərclərinin ÜDM-dəki payı yaxın 4–5 il ərzində 5 faiz səviyyəsinə çatdırıla bilər. Bu isə artıq Avrasiya ortalamasına uyğun bir nəticə olacaq”./APA/

AzPost.az

Post navigation

Previous: “Tərtər işi” üzrə həbs edilən generalla bağlı qərar verildi
Next: “Zəfər marşı”-

Oxşar xəbərlər

elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17

xƏBƏR

elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılıb. “Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon...
Read more about Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO
“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.