Deputat tıxac probleminin həll yolunu açıqladı

Son 20 ildə nəqliyyat sahəsində mühüm irəliləyişlər əldə olunub. Ötən müddət ərzində 21 min kilometr avtomobil yolu inşa edilib və bərpa edilib.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin təşkilatçılığı ilə “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda martın 11-də keçirilən ictimai dinləmədə deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan nəqliyyat sahəsində həyata keçirdiyi keyfiyyətli layihələrə görə 141 ölkə arasında 27-ci yerdədir, MDB ölkələri arasında isə birinci yerdə qərarlaşıb.

T.Mirkişili bildirib ki, yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin işinin monitorinqi və idarə edilməsi sahəsində yeniliklərin edilməsi labüddür.

Onun sözlərinə görə, tıxacların aradan qaldırılması üçün bir sıra amillər var ki, bunlardan biri də yolların yaxşılaşdırılması və genişləndirilməsidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.