Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı məlum olub.
Bu, Milli Məclisin 30 sentyabrda keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, İş Planına 14 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
- Azərbaycan Respublikası Prezidenti-nin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının,Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri.
- Azərbaycan Respublikası Dövlət büdcə Zərfinə daxil olan qanun layihələri.
- Azərbaycan Respublikası Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsi nin təsdiq eidlməsi haqqında” qanun layihəsi.
- Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi.
- “Daxili qoşunlar haqqında” qanun layihəsi.
- “Hərbi qulluqçuların statusu” haqqında” qanun layihəsi.
- “Lombardlar haqqında” qanun layihəsi.
- “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında! qanun layihəsi
- “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi
- “Ali təhsil haqqında” qanun layihəsi.
- “Turizm haqqında” qanun layihəsi.
- “Kinematoqrafiya haqqında” qanun layihəsi.
- “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi
- “Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında” qanun layihələri.