Milli Məclisdə deputatlara vəsiqələr təqdim edilib

Milli Məclisin bu gün keçirilən iclasında deputatlara vəsiqələr təqdim edilməsinə başlanılıb.

APA-nın məlumatına görə, vəsiqələri bu gün Milli Məclisin  plenar iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib. Pənahov deyib ki, Prezidentin siyasi iradəsinin ortada olması vətəndaşlarımızın seçib-seçilmək hüququnun qarantı olub.

**

VI çağırış Milli Məclisin deputatlarına deputat vəsiqələrinin verilməsi proseduru məlum olub.

Milli Məclisin Mətbuat katibi Akif Təvəkküloğlu açıqlamasında bildirib ki, deputat vəsiqələri iclasdan əvvəl deyil, iclas zamanı deputatlara paylanacaq.

Qeyd edək ki, deputat vəsiqələri millət vəkillərinə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edəcək. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dörd rayona qaz çəkilməsi üçün 10 milyon manat ayrıldı –

Sonrakı məqalə

Milli Məclisin iclası başlayıb