“Dəstəyə görə, təşəkkür edirəm Amerika! Prezidentə təşəkkür!” –Zelenskidən ilk açıqlama

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla danışıqlar zamanı mübahisə etdikdən sonra ilk dəfə açıqlama yayıb.

AzPost bildirir ki, X şəbəksində paylaşımında Zelenski ABŞ-a “dəstək”inə görə təşəkkür edib.

“Təşəkkür edirəm, Amerika! Bu dəstəyə və bu səfərə görə təşəkkür edirəm. Prezidentə, Konqresə və Amerika xalqına təşəkkür edirəm. Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var və biz bunun üçün çalışırıq”, – deyə Zelenski yazıb.

Bu, Ukrayna liderinin danışıqlar zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı Tramp və ABŞ-ın vitse-prezidenti J.D.Venslə açıq şəkildə mübahisədən və Ağ Evi tərk etdikdən sonra ilk şərhidir.

Gözlənilirdi ki, Ukrayna prezidentinin ABŞ-a səfəri zamanı ölkə liderləri Ukraynanın təbii sərvətlərindən istifadəyə dair saziş imzalayacaqlar. Nəticədə müqavilənin imzalanması və görüşdən sonra Zelenski ilə Trampın birgə mətbuat konfransı ləğv edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.