“Digər ölkələrin silah gücü ilə yenidən qurulması dövrü başa çatdı” –BAYDEN

“ABŞ-ın Əfqanıstandan çəkilməsi ilə digər ölkələrin güc yolu ilə yenidən qurulması cəhdləri dövrünün üzərindən xətt çəkilmiş oldu”.

“RİA Novosti” xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden çıxışında səsləndirib.

“Əfqanıstanla bağlı qərar təkcə Əfqanıstanla əlaqədar deyil. Qərar həm də digər ölkələrin yenidən qurulmasına yönəlmiş böyük hərbi əməliyyatlar dövrünün başa çatması ilə bağlıdır”, – Bayden belə deyib.

Ağ Evin sahibinin sözlərinə görə, Birləşmiş Ştatlar iki seçim qarşısında qalmışdılar – ya ölkəni tərk etmək, ya da münaqişəni gərginləşdirmək. Eyni zamanda, o, ABŞ-da qoşunların çıxarılması ilə bağlı qərar verilərkən 300 minlik Əfqanıstan ordusuna arxalandıqlarını, ancaq sonda yanıldıqlarını bildirib. Bayden əlavə edib ki, digər tərəfdən Vaşinqton Əfqanıstan hökumətinin iflasa uğramasına da hazır idi.

Amerikalı lider hərbi kontingentin çıxarılması əməliyyatını “inanılmaz dərəcədə uğurlu” adlandırıb, ABŞ vətəndaşları arasında gəlmək istəyənlərin hamısını təxliyə etmək mümkün olub. Onun sözlərinə görə, Əfqanıstanda qalan amerikalıların sayı 200 nəfərdən çox deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda “Twitter”dən istifadə edənlərin sayı kəskin azalıb

Sonrakı məqalə

Baş prokuror Kamran Əliyev Türkiyəyə səfərə gedib