Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

DİM adından saxtakarlıq edənlərə

Orkhan Ali 18 Mart 2024 - 14:11 (Last updated: 21 May 2025 - 20:15)
dim

Dövlət İmtahan Mərkəzi (DİM) qurumun adından və loqotipindən (emblemindən) istifadə olunmaqla yaradılan saxta səhifə və qruplar barədə hüquq mühafizə orqanlarına müraciət edəcək.

Bu barədə DİM-dən məlumat verilib.

“Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Facebook”, “Instagram”, “Telegram” “TikTok” və digər sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla saxta səhifə və qruplar yaradılır.

Bu kimi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər isə bəzi hallarda özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində qeydiyyat və s. xidmətləri həyata keçirə biləcəklərini yazırlar.

İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara, həmçinin sonradan abituriyentlərin Mərkəzə etdikləri müraciətlərə diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur”, – qurumdan bildirilib.

Qeyd edilib ki, Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla yaradılan saxta səhifə və qruplar barədə hüquq mühafizə orqanlarına müraciət olunacaq:

“Abituriyentlər hər hansı bir imtahana qeydiyyat, ümumiyyətlə qəbul kampaniyası dövründə diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər.

Qəbul kampaniyasının istənilən bir mərhələsində çətinlik çəkən abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan və ödənişsiz xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət Mərkəzləri qəbul kampaniyası müddətində DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat, Sumqayıt Dövlət və Azərbaycan Dövlət Aqrar Universitetlərində fəaliyyət göstərirlər.

Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı, yalnız Mərkəzin saytını və linkləri şərhdə yerləşdirilmiş səhifələrini izləməyi tövsiyə edirik”.

Post navigation

Previous: Putini hansı liderlər şəxsən təbrik etdilər?
Next: Ceyhun Bayramov və NATO Baş katibi Ermənistanla sülhü müzakirə edib

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.