Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

DİM ali məktəblərə keçid ballarını və tələbə siyahısını nəşr etdi

User 25 Avqust 2025 - 09:47 (Last updated: 25 Avqust 2025 - 09:47)
dim siyahi

Dövlət İmtahan mərkəzi “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib.

AzPost bildirir ki, bu nömrədə 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) dərc edilib.

Bu nömrədə eyni zamanda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim edilib.

Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M

Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal

AzPost.az

Post navigation

Previous: Bakıya toz buludları daxil olub –
Next: Qaxda xadimə işləyən 37 yaşlı qadın tələbə adını qazandı

Oxşar xəbərlər

memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
kart alis veris
  • Sosial

Endirimlər zamanı pulunuzu belə qoruyun – Mütəxəssislərdən 7 vacib qayda

User 05 Noyabr 2026 - 20:47
kiber firildaq
  • Sosial

Dünyada bank hesablarından milyonlar oğurlanır – Kibercinayətkarlar hansı üsullara əl atır?

User 05 Noyabr 2026 - 20:16

xƏBƏR

abs gemi
  • Dünya

ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir

User 06 Noyabr 2026 - 11:40
ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən “USS Theodore Roosevelt” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu noyabrın...
Read more about ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir
Fələstin səfirliyi bəyanat yaydı – Dəstəyə görə Azərbaycana təşəkkür etdi azer felstin
  • Baş Yazı

Fələstin səfirliyi bəyanat yaydı – Dəstəyə görə Azərbaycana təşəkkür etdi

User 06 Noyabr 2026 - 11:29
Tramp masasının üzərinə “VETO” yazılmış papaq qoydu tramp veto
  • Dünya

Tramp masasının üzərinə “VETO” yazılmış papaq qoydu

User 06 Noyabr 2026 - 10:46
Bu günə olan valyuta məzənnələri dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.