Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

DİM jurnalistikaya qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

User 18 İyul 2025 - 14:45 (Last updated: 18 İyul 2025 - 14:45)
Buraxılış imtahanlarının qrafiki

Buraxılış imtahanlarının qrafiki

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 18-23 iyul (saat 23:59-dək) 2025-ci il tarixlərində DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Bu barədə  DİM məlumat verib.

Tələbə qəbulu elanının “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə hamısının “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 4-də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə “Abituriyent” jurnalının Jurnalistika istiqaməti üzrə xüsusi buraxılışında tanış ola bilərsiniz.

Xüsusi buraxılışı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

AzPost.az

Post navigation

Previous: “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsinin icrası davam edir
Next: İlin əvvəlindən Rusiya Ukraynada Lüksemburq böyda ərazini ələ keçirib

Oxşar xəbərlər

nvida sedr
  • Media

“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi

User 12 Noyabr 2026 - 18:48
kiber firildaq
  • Media

Hakerlər “Yeni Azərbaycan”ın saytına hucum edib – Yazılar silinib

User 12 Noyabr 2026 - 17:47
ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.