Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

DİM və Gənc Mühasiblər İctimai Birliyi PMS imtahanlarına dair panel müzakirə təşkil edib

User 29 Aprel 2022 - 13:17 (Last updated: 21 May 2025 - 20:15)
imtahan

Dövlət İmtahan Mərkəzinin (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanları ilə bağlı sualların cavablandırılması və təkliflərin səsləndirilməsi məqsədilə aprelin 29-da Gənc Mühasiblər İctimai Birliyi ilə panel müzakirə təşkil edib.

Bu barədə  DİM-dən məlumat verilib. Tədbir DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn və Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyevanın açılış nitqləri ilə başlanıb.

Tədbirdə iştirakçıların sualları DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Mirəli Kazımov, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru vəzifəsinin müvəqqəti icraçısı Gülşən Orucova tərəfindən cavablandırılıb. Məhsuldar keçən müzakirə zamanı iştirakçılar tərəfindən PMS imtahanlarının təkmilləşdirilməsi istiqamətində təkliflər də səsləndirilib.

Görüşdə birbaşa iştirak edə bilməyən şəxslərin mövzu ilə bağlı suallarını cavablandırmaq məqsədilə tədbir DİM-in feysbuk hesabı vasitəsilə canlı yayımlanıb. Yayıma verilən linkdən baxa bilərsiniz.

Xatırladaq ki, aprelin 15-də DİM, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası və Gənc Mühasiblər İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb. Memorandumu “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli Qərarını əsas götürərək PMS üzrə imtahanların məzmunu və strukturunun təkmilləşdirilməsi və təbliği, maliyyə, mühasibat və vergi uçotu sahəsindəki yeniliklərin geniş ictimaiyyətə birgə çatdırılması və tətbiqi, eləcə də qeyd edilən sahələr üzrə mütəxəssislərin peşəkar inkişafına dair qarşılıqlı əməkdaşlıq məqsədi daşıyır.

AZƏRTAC

Post navigation

Previous: Qaz təchizatının artırılması ilə bağlı artıq bir sıra müraciətlər daxil olub-
Next: Putin və Zelenski G20 sammitinə dəvət olunub

Oxşar xəbərlər

kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35

xƏBƏR

buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Antarktidada yerləşən Tueyts buzlağının (“Qiyamət günü buzlağı”) altına okeanın isti suları bir neçə kilometr məsafədə nüfuz edir...
Read more about Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz
Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.