DİM virusa görə buraxılış və qəbul imtahanlarını pulsuz etdi –Şagird və abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi məlum virusla bağlı ölkədə karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9-cu və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi) 2020-ci il iyul ayınadək ödənişsiz keçirməyə qərar verib.

Bu barədə Azpost.info-ya DİM-dən məlumat verilib.

Siyahını təqdim edirik:

Ödənişsiz sınaq imtahanlarının siyahısı:
• IX sinif Buraxılış 2020 (I və II mərhələ) (№1)
• IX sinif Buraxılış 2020 (I və II mərhələ) (№2)
• Азербайджанский язык для русского сектора (IX класс Выпускной) 2020 (№1)
• Азербайджанский язык для русского сектора (XI класс Выпускной) 2020 (№1)
• Азербайджанский язык для русского сектора (IX класс Выпускной) 2020 (№2)
• Азербайджанский язык для русского сектора (XI класс Выпускной) 2020 (№2)
• IX sinif Buraxılış 2020 (I və II mərhələ), №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün)
• XI sinif Buraxılış 2020, qəbul imtahanı I mərhələ, №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün)
• XI sinif Buraxılış 2019, qəbul imtahanı I mərhələ, №3
• XI sinif Buraxılış 2019, qəbul imtahanı I mərhələ, №2
• XI sinif Buraxılış 2019, qəbul imtahanı I mərhələ, №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün)
• IX sinif Buraxılış 2019 (I və II mərhələ) (№1)
• Азербайджанский язык для русского сектора (XI класс Выпускной) 2019 (№2)
• 2020-ci il sınaq imtahanı, II mərhələ, №1
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №5
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №4
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №3
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №2
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №1
• 2019-cu il sınaq imtahanı, II mərhələ
• 2018-ci il sınaq imtahanı (№4)
• 2018-ci il sınaq imtahanı (№2)
• 2018-ci il sınaq imtahanı (№1)
• 2018-ci il qəbul imtahanı (May)
• Abituriyent №1 2018 (sınaq imtahanı)
• 2017-ci il qəbul imtahanı (A variantı)
• 2016-cı il qəbul imtahanı (A variantı)
• 2015-ci il qəbul imtahanı (A variantı)

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarınizla düzgün cavabları müqayisə edə biləcəksiniz.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaqla bağlı qaydalarla otk.az portalında “Təlimatlar” bölməsində tanış ola bilərsiniz.

Buraxılış imtahanları
https://otk.az/?menu=courses&id_category=2

Qəbul imtahanının II mərhələsi
https://otk.az/?menu=courses&id_category=1

Video təlimat
https://otk.az/?menu=telimat_video

*Hər bir imtahana 1 dəfə yazılmaq mümkündü, bu imtahanı istifadə etmisizsə yazıla bilməyəcəksiz.

https://otk.az/?menu=courses&id_category=2&fbclid=IwAR2mpAHM0xwrQHnRYpgJwHLC-I_EDQjFJFjBAo5rYwj45YggZM54a2tGr4g

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İtaliyada son sutkada daha 756 nəfər koronavirusdan ölüb

Sonrakı məqalə

Moskvada sabahdan hamı üçün özünütəcrid rejimi tətbiq olunur