DİN-dən bayram günləri bölgələrə gedənlərə- MÜRACİƏT

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Novruz bayramı ilə əlaqədar bölgələrə səfər edənlərə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə deyilir:

“Hər il olduğu kimi bu il də Novruz bayramı və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir. Həm paytaxtın mərkəzi küçə və prospektlərində, həm də Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda rayonlara səfər edənlərin çox olması ilə əlaqədar xüsusilə də axşam saatlarında yollarda avtomobil sıxlığının yaranacağı ehtimal olunur. Bunu nəzərə alaraq vətəndaşlara tövsiyə edirik ki, səfərlərini erkən saatlarda həyata keçirməyə çalışsınlar”.

Müraciətdə qeyd edilir ki, həmin günlərdə gücləndirilmiş iş rejimində çalışan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları sürücülərə yollardakı vəziyyətlə bağlı mütəmadi olaraq məlumat verəcəklər.

Əvvəlki məqalə

NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başa çatıb

Sonrakı məqalə

Sabah hava necə olacaq?