DİN-in Polis Akademiyasının rəisi təqaüdə göndərildi

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev təqaüdə göndərilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, N.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Bildirilib ki, N.Əliyevin yerinə hələlik təyinat yoxdur. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib –

Sonrakı məqalə

Lənkəranda iki nəfəri bıçaqlayan şəxs tutuludu –