DİN qələbə xəbərlərini atəşfəşanlıqla qeyd edənlərə müraciət edib

Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, çoşqu yaradıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə – fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər.

Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağ” Avropa Liqasında Polşanın “Legiya” klubu ilə qarşılaşacaq

Sonrakı məqalə

Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha 1 nəfər ölüb-