Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgəsinə yola düşüblər.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “twitter” səhifəsində yazıb: “Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda akkreditə olunmuş səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə birlikdə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgələrini ziyarət etmək üçün yola çıxmışıq”.