Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Diş pastası icad olunmazdan əvvəl dişlər necə təmizlənirdi?

Orkhan Ali 04 Aprel 2024 - 14:06 (Last updated: 21 May 2025 - 20:15)
Diş

Diş

İndi bir çoxumuz gündə iki dəfə dişlərimizi fırçalayırıq. Bəs əcdadlarımız diş pastası icad olunmazdan əvvəl dişlərini nə ilə təmizləyirdilər?

Dişə qulluğun ilk əlaməti Xorvatiya mağarasının 130 min illik neandertal adamının azı dişlərində olduğu ehtimal edilsə da, tam təsdiqini tapmayıb. Belə ki, həmin dişlərdə çubuqla dəfələrlə sıyrılma əlamətləri müşahidə olunub. Lakin tədqiqatçılar həmin əlamətlərə əsaslanaraq ehtimal edirlər ki, neandertallar dişlərinin arasından yemək qalıqlarını çıxarmaq üçün sümük parçalarından və ya sərt otlardan istifadə ediblər.

Təxminən eramızdan əvvəl 5-ci minillikdə qədim misirlilər dünyanın ən erkən diş pastasını hazırlayıblar. Daha çox diş tozuna bənzəyən bu qarışığın tərkibində kömürlənmiş öküz dırnaqları, yumurta qabıqları, mirra və pemza kimi inqrediyentlər olub.

Romalılar ağız qoxusunu azaltmaq məqsədi ilə kömür və ağac qabığından istifadə edərkən, farslar daha sonra bu qarışığa otlar və bal ilə birlikdə yanmış ilbiz, istiridyə qabıqlarını əlavə ediblər.

Ən erkən ibtidai diş fırçaları – çeynənmiş ağac çubuqları təxminən eramızdan əvvəl 3500-cü ildə qədim Misir və Babil məzarlarında tapılıb. Bu çeynəmə çubuqları “Neem” və misvak kimi tanınan “Salvadora persica” ağaclarından alınıb. Onların hər ikisi antimikrob xüsusiyyətlərə malikdir və bakteriyaların yayılmasının qarşısını alır. Bu ağacların çubuqları hazırda da bir çox Asiya və Yaxın Şərq ölkələrində ağız boşluğuna qulluq vasitəsi kimi istifadə olunur.

Diş təmizləməsi üçün məlum olan ən qədim vasitələrdən biri Çində Tanq sülaləsi dövründə, eramızın yeddinci və onuncu əsrləri arasında icad edilmişdi. Bambuk və sümükdən hazırlanmış, qaban tükləri bərkidilmiş bu diş fırçaları o qədər də geniş yayılmamışdı(azərtac).

 

Post navigation

Previous: Kəlbəcərdə zəlzələ olub
Next: Prezident İlham Əliyevin adından Konqo Prezidentinin şərəfinə rəsmi nahar verilib

Oxşar xəbərlər

gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00

xƏBƏR

aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
Azərbaycanda kənd təsərrüfatının təşkili, torpaqlardan istifadə və fermerlərin məhsullarını bazara çıxarması ilə bağlı qaydalar yeni qanunla tənzimlənə...
Read more about Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19
80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar” tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.