Distant təhsil tələbi ləğv edilib

22 Sentyabr 2021 - 21:11

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyyən edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliklərə verdiyi izahda bildirilib.

Qeyd edilib ki, təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması ləğv edilib.