“Dmanisidə vəziyyət sakitləşib, gərginlik davam etməyəcək” –

Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili
17 May 2021 - 16:46

Dmanisidə vəziyyət sakitləşib və gərginliyin davam etməsi gözlənilmir.

Bunu Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, vəziyyətin təhlil edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə gürcü və azərbaycanlı icmaların nümayəndələri, mənəvi liderlər və gənclərlə görüşlər davam etdirilir.

Ş. Rexviaşvili qeyd edib ki, baş verən insidentlə əlaqədar cinayət işi başlanıb.

Qeyd edək ki, Dmanisinin girişinə çox sayda polis qüvvəsi cəlb edilib. Patrul polisi və xüsusi təyinatlı polis dəstələri rayona giriş-çıxışı bloklayıblar. (APA)

Xatırladaq ki, ötən gün azərbaycanlıların yığcam yaşadığı Dmanisidə kütləvi dava olub.