Dnesteryanı bölgəyə gedən Rusiya sülhməramlıları Kişinyovda saxlanılıb.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksey Polişçuk məlumat verib.
“Rusiya kontingentini rotasiya qaydasında hazırlamaq üçün Dnesteryanı bölgəyə gedən rus zabitləri dəfələrlə Kişinyov hava limanında heç bir izahat verilmədən saxlanılıblar”, – XİN rəsmisi bildirib.
Moskva bu cür hərəkətləri “dostcasına olmayan hərəkətlər” kimi qiymətləndirir. Diplomat Rusiya tərəfinin Moldovanın siyasətinə layiqli cavab verəcəyinə söz verib.
Azpost.info