Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Dollara tələbin kəskin azalması yaxşı əlamət deyil –

User 30 İyul 2026 - 12:15 (Last updated: 30 İyul 2026 - 12:15)
natiq ceferli

2026-cı ilin ilk altı ayında Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında satılan ABŞ dollarının həcmi əvvəlki illərlə müqayisədə kəskin azalıb.

Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, cari ilin yanvar-iyun aylarında keçirilən valyuta hərraclarında cəmi 757 milyon ABŞ dolları satılıb. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə bu göstərici 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk yarısında isə 3,5 milyard ABŞ dolları olub.

Ekspert hesab edir ki, dollara tələbin azalması ilk baxışda müsbət görünsə də, əslində bunun arxasında iqtisadi fəallığın zəifləməsi dayanır. “Dollara tələbat düşüb, çünki iqtisadi aktivlik azalıb, ÜDM artımı 0 faiz civarındadır. Dollara tələbin kəskin azalması yaxşı gedişat deyil”, – deyə Natiq Cəfərli bildirib.

Onun fikrincə, idxalın azalması da əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Ekspert qeyd edib ki, qiymətlərin yüksək qalması və real gəlirlərin artım tempinin aşağı olması insanların alış imkanlarını məhdudlaşdırır.

Natiq Cəfərli hökumətin iqtisadi siyasətini də tənqid edərək bildirib ki, əsas problemə yanaşma düzgün deyil.

Onun sözlərinə görə, hökumət büdcə gəlirlərinin azalmasını kompensasiya etmək üçün biznesin və vətəndaşların maliyyə yükünü artırmağa çalışır. Bu isə əks nəticə verir və iqtisadi fəallığın daha da zəifləməsinə səbəb olur. “Əsas hədəf iqtisadiyyatı canlandırmaq olmalıdır. Bütün qərarlar bu istiqamətdə qəbul edilməlidir. O zaman büdcə gəlirləri də artacaq. İndiki yol iqtisadiyyatı boğur”, – deyə ekspert vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Azərbaycanın xarici dövlət borcu azaldı –
Next: İranda zəlzələ olub

Oxşar xəbərlər

dollar02
  • İqtisadiyyat

ABŞ-ın dövlət borcu rekord həddə çatdı – 40,5 trilyon dolları keçdi

User 28 Oktyabr 2026 - 14:44
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 28 Oktyabr 2026 - 09:30
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 27 Oktyabr 2026 - 10:25

xƏBƏR

ipotek
  • Sosial

İpoteka qaydaları dəyişdi – Kimlər kredit ala biləcək, hansı yenilik olacaq?

User 28 Oktyabr 2026 - 18:19
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. Yeniliklər daha çox vətəndaşın mənzil kreditlərindən yararlanması, müraciət prosesinin şəffaflaşdırılması və...
Read more about İpoteka qaydaları dəyişdi – Kimlər kredit ala biləcək, hansı yenilik olacaq?
İsraildə seçki bülletenlərin 84,5%-i sayılıb – Nəticələr israil
  • Dünya

İsraildə seçki bülletenlərin 84,5%-i sayılıb – Nəticələr

User 28 Oktyabr 2026 - 16:59
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib statistika
  • Sosial

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

User 28 Oktyabr 2026 - 16:53
Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb qeter
  • Dünya

Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb

User 28 Oktyabr 2026 - 16:14
İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var qatar qeza ispan
  • Dünya

İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var

User 28 Oktyabr 2026 - 15:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.