Donald Tramp prezident seçkilərində səs verib

24 Oktyabr 2020 - 19:09

ABŞ prezidenti Donald Tramp prezident seçkilərində erkən səs verib.

RİA Novosti-nin xəbərinə görə, Florida ştatının Vest Palm Beach şəhərində keçirilən səsvermə D. Trampın seçki qərargahının “YouTube” kanalı ilə yayımlanıb.

Tramp səsverməyə tək, həyat yoldaşı olmadan, az sayda insanın müşayiəti ilə qatılıb. Mətbuat səsvermə zonasına buraxılmayıb.