“Dondurulmuş aktivlərdən gələn gəlirlə Ukraynaya silah almalıyıq”- Şarl MİŞEL

“Kiyevə hərbi texnikanın tədarükü üçün Avropa fondlarından istifadə etməli və dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Ukrayna üçün silah almağa yönəltməliyik”.

Azpsot.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.

Bununla yanaşı, o, Aİ ölkələrinin 2030-cu ilə qədər müdafiə sənayesindən satınalmaları iki dəfə artırmasını zəruri hesab edib.

“Bunun üçün biz Avropa müdafiə istiqrazlarının buraxılmasına başlaya bilərik ki, bu da silahların alınması üçün vəsait, eləcə də müdafiə sənayesinə investisiyalar cəlb edəcək”, – Şarl Mişel qeyd edib.

Azpsot.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.