Dörd böyük Çin bankı Rusiyadan ödənişlərin qəbulunu dayandırıb

Dörd böyük Çin bankı – ICBC, “China Citic Bank”, “Industrial Bank” və “Bank of Taizhou” Rusiyadan ödənişləri qəbul etməyi dayandırıb.

Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya” öz mənbəsinə istinadən yazır.

Nəşrin məlumatına görə, imtinaya səbəb ABŞ-ın ikinci dərəcəli sanksiyaları təhlükəsidir.

Martın sonunda ölkələr arasında ödənişlərlə bağlı vəziyyət kəskin pisləşib, əməliyyatların təxminən 80 faizi ləğv edilib. Bura Rusiyadan yuanla transferlər də daxildir. Rusiya Ticarət-Sənaye Palatasının rəsmisi Aleksey Eqarminin sözlərinə görə, dəyişikliklər xüsusilə sənaye malları üçün ödənişlərdə nəzərə çarpır.

Azpost.info

Əvvəlki məqalə

Xaçmazda elektrik enerjisinin verilişi məhdudlaşdırılıb

Sonrakı məqalə

Milli Məclisin daha bir sabiq deputatı vəfat edib