Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu öldürən şəxs məlum oldu

08 Oktyabr 2021 - 14:48

Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzində qətl törədən şəxsin kimliyi bilinib.

Goranboy ​​​​​​​Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu iş otağında qətlə yetirən şəxsin Bağırov Mirhadi Mirtağı oğlu olduğu bildirilir.

Məlumata görə, Mirhadi Bağırov təqaüddə olan polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur. Mirtağı Bağırov uzun illər Goranboy rayon Polis Şöbəsində çalışıb. (APA)

Qeyd edək ki, Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib. Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.