Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini təyin edilib –

FOTO
05 Avqust 2021 - 10:57

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavin Anar Rzayev təyin edilib.

Bu barədə qurumdan məlumat verilib

Qeyd edək ki, Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub. Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib.1994-1995-ci illərdə ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsi alıb.

2018-ci ildən UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub. Buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.