Dövlət Bahçeli Xocalı soyqırımından danışdı

25 Fevral 2020 - 15:43

“Xocalı dinməyən bir bağırtı, bitməyən acı və tükənməyən türk sevdasıdır. Xocalının yaraları dərindir, yamacları sərindir, yanaqları əngindir”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyasının qrup toplantısında söyləyib.

Toplantıda Xocalı faciəsi haqqında məlumat verən partiya sədri qırğının ötən əsrin ən qorxunc olay olduğunu bildirib:

“Böyük şairimiz mərhum Şəhriyar “Qurd qurdla gəzər, itlər itlə” deyərkən haqsızdırmı? Əlbəttə ki, qurd qurdla, it də itlə gəzib-dolaşacaq, əməl və hədəfləri də bir olacaq. Xocalıda soyqırım edilib. Bu soyqırıma görə məsuliyyət daşıyanlar hələ də cəzalandırılmayıb. Xocalı qətliamı beynəlxalq aləmdə soyqırım olaraq tanınıb. Sözsüz ki, Xocalı qətliamı məsələsi Beynəlxalq Cinayət Məhkəməsi, Hərbi Cinayət Məhkəməsi, İnsan Haqları Məhkəməsi kimi yerlərdə hüquqi zəminində qaldırılmalıdır. Xocalı türkdür, Dağlıq Qarabağ türkdür, Azərbaycan türkdür. Ermənilər və dəstəkçiləri bu tarixi gerçəkləri silahla, qan tökərək əsla dəyişdirə bilməyəcəklər. Gün gələndə türk millətinin qüdrətini görəcəklər”.