Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Dövlət Komissiyası Gədəbəyin Söyüdlü kəndində süni gölə baxış keçirib –

User 22 İyun 2023 - 14:09 (Last updated: 21 May 2025 - 20:15)
komisiya ged

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiya süni gölün tikintisi aparılan ərazidə olub.

İclasda komissiya üzvləri zavodun ərazisindəki tullantıxanaya – gölə baxış keçirilib.

Ərazidə monitorinq aparmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyyar laborator maşını fəaliyyət göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə monitorinq aparan qrupunun üzvləri komissiyanın sədri Muxtar Babayeva məlumat verib ki, gölün altı membranla örtülüdür, bu isə zərərli maddələrin torpağa təmas etməsinə imkan vermir. Gölə tökülən sianid isə peroksid ilə zərərləşdirilir.

Qeyd olunub ki, nümunələr gölə tökülən sudan texniki su kimi istehsalatda yenidən istifadə etməyin mümkün olduğunu göstərir.

Komissiya üzvləri, həmçinin, ərazidə olan ehtiyat gölə də baxış keçiriblər.

Bunun ardınca komissiya üzvlərinin Söyüdlü kəndinin sakinləri ilə görüşü olacaq.

Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb. (APA)

Post navigation

Previous: “Qərb Rusiyaya qarşı son ukraynalıya qədər döyüşmək niyyətindədir” –
Next: Rusiya Zaporojye AES-də terror törətməyə hazırlaşır –

Oxşar xəbərlər

aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.