Dövlət Sərhəd Xidməti həkimlərin işə qəbulu üçün elan verib –

ŞƏRTLƏR
09 Oktyabr 2021 - 13:36

Dövlət Sərhəd Xidmətində (DSX) hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən həkim-terapevt, həkim-ümumi cərrah, həkim-uroloq, cərrah-uroloq, həkim travmatoloq-ortoped, anestezioloq-reanimatoloq, həkim radioloq, həkim-infeksionist, həkim-nevropatoloq, həkim-psixiatr, həkim mama-ginekoloq, cərrah mama-ginekoloq, həkim neyrocərrah, üst çənə cərrahı, həkim-kardioloq, həkim-sanepidemioloq, həkim-dermatoloq, həkim-otolarinqoloq, təcili yardım həkimi, tibb universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər, feldşer ixtisasları üzrə tibb təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçməli, fiziki cəhətdən sağlam olmalı, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Namizədlər DSX-nin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri Z.Əliyeva küçəsi 30. Əlaqə nömrəsi: (012) 564-16-92, (012) 493-62-47.