Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2021-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü elan edib.
FHN-in verdiyi məlumata görə, nazirliyin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Muğan” ASC, “Pak-Nur” MMC, “Xırman” MMC, “Azəri-Arapoğlu” US T.LTD BM, “Sarı Sünbül” firması, və Dəvəçi-Dəyirman MMC vasitəsilə 2020-ci ilin iyul ayının 6-dan başlayaraq sentyabr ayının 1-nə kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 1 iyul 2021-ci il tarixli İN-X/O-6413/2021 nömrəli məktubundakı təklifi nəzərə alınmaqla yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 400 AZN olmaqla (taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək:
I. Dənin naturası (bir litrlik purkalarda qramla):
• buğda üçün – 750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə)
• buğda üçün – 2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə):
• buğda üçün – 5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə):
• bütün bitkilər üçün – 13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq:
• 3-cü sinif buğda üçün – 23 faizdən az olmamaqla
• yapışqanlığın keyfiyyəti – 2-ci qrupdan aşağı olmamaqla (göstərici: 65-75)
VI. Şüşəvarilik:
• 3-cü sinif buğda üçün – 40% -dən az olmamaqla
VII. İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad – yol verilmir
VIII. Sürmə ilə sirayətlənmiş dənlər – yol verilmir
IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə – yol verilmir
X. Digər əlamətlər (göstəricilər) – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) – yol verilmir
Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9:00 -dan 18:00 -a kimi):
• “Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesinin 51-ci kilometrliyi, tel: 050-496-45-45;
• “Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
• “Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi, tel: 012-342-90-04; 050-585-84-08, 070-585-84-08;
• “N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel: 012-566-00-44; 050-214-72-81;
• “Muğan” ASC “, Bakı şəhəri, Əli bəy Hüseynzadə küç., tel: 012-596-50-74, 012- 497-43-58, 050-322-12-75;
• “Pak-Nur” MMC: Xaçmaz şəhəri, İ.Qayıbov küç., tel: 050-220-82-55; 055-220-82-55;
• “Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
• “ “Azəri-Arapoğlu” US və T.LTD BM, Gəncə şəhəri, tel: 050 222 65 22;
• “Sarı Sünbül” firması, Giləzi, tel: 050-212-29-66; 012-323-77-46
• “Dəvəçi-Dəyirman MMC”:Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;
Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:
• Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilmişdir;
• Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.
Təqdim edilən buğda nümunələrində keyfiyyət analizləri ödənişsiz əsaslarla aparılacaqdır.
Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar telefon xəttinə müraciət etmək olar.