Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Dövlət Xidməti Azərbaycan qurumlarına kibertəhdidlə bağlı xəbərdarlıq edib

User 03 Oktyabr 2025 - 11:38 (Last updated: 03 Oktyabr 2025 - 11:38)
khakery_vzlomali_elektronnuyu_pochtu_posla_ssha_v_kitae-_1_

Son günlərdə beynəlxalq kibertəhlükəsizlik mənbələrində yayılan məlumatlara əsasən “Red Wolf” adlı haker-aktivist qruplaşmanın müxtəlif ölkələrlə yanaşı Azərbaycanı da hədəfə aldığı barədə iddialar yer alır.

AzPost-un məlumatına görə, bu barədə  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, kibertəhlükəsizlik portalı – “TechOwlShield”-in dərc etdiyi hesabatda haktivist (hakerlik kimi kompüter əsaslı üsullardan istifadə etməklə siyasi gündəmi və ya sosial dəyişikliyi təşviq edənlər) qruplaşmanın 2025-ci ildə genişlənən DDoS-hücum kampaniyalarında Azərbaycanı da hədəf ölkələr sırasında göstərdiyi bildirilib.

“Red Wolf Cyber Team” – siyasi motivli kiberhərəkat aparan haktivist qrupun əsas məqsədi beynəlxalq və regional siyasi mesajlar yaymaq, müəyyən dövlət və təşkilatların onlayn xidmətlərini dayandırmaq və öz ideoloji tərəfdarlarını müdafiə etdiklərini vurğulamaqdır. “TechOwlShield” bəzi mənbələri və göstəriciləri paylaşaraq qrupun müxtəlif NATO üzvlərinə və digər ölkələrə yönələn aksiyalarından nümunələr gətirib.

Hədəf ölkələr kimi aşağıdakılar göstərilib:

Azərbaycan, Fransa, İsrail , İordaniya, Portuqaliya, Kamboca , Bolqarıstan , Oman, Hindistan, Yunanıstan, Avropa İttifaqının rəqəmsal sistemləri, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ).

Qeyd edilib ki, qrup əsasən “DDoS” tipli kiberhücumlar həyata keçirməklə dövlət qurumlarının, maliyyə təşkilatlarının və kritik infrastrukturların informasiya sistemlərinin fəaliyyətinə maneələr törətməyə cəhdlər edir.

Kiberqruplaşmanın 6 avqust 2025-ci ildə Rusiyanın haktivist qruplaşması olan “NoName057(16”) ilə ittifaq elan etdikdən bir neçə saat sonra “Red Wolf” Almaniyanın Müdafiə Nazirliyini hədəf alan kiberhücum kampaniyası başlatmış və “Operation Germany” adlandırdıqları əməliyyat çərçivəsində nazirliyin veb-saytına qarşı həyata keçirilmiş “DDoS” hücumun uğurlu olmasını (informasiya resursunun əlçatanlığının pozulmasını) təsdiqləyən “CheckHost” hesabatını paylaşıb.

Kiberqruplaşma həmçinin Almaniyanın iş dünyasında qadınlar və kişilər arasında bərabər imkanların təmin edilməsi, qadınların rəhbər mövqelərdə təmsil olunmaları, həmçinin müxtəliflik (“diversity”) siyasətinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən “chefinnensache.de” veb saytını da xidmətdən kənar buraxmağa müvəffəq olmuşdur. Hər iki hücumda “Red Wolf” tənqidedici heştəqlər və Almaniya, Fransa, İsrail və ABŞ da daxil olmaqla bir neçə ölkəyə qarşı sərt siyasi mesajlar paylaşmışdır. Qrupun aqressiv ritorikası və təhdidlərini sürətlə həyata keçirməsi Avropanın kibertəhlükəsizlik ictimaiyyətində ciddi narahatlığa səbəb olmuşdur.

Hücumların hədəfində Azərbaycanın da olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarından aşağıdakı məqamlara diqqət yetirmələrini xahiş edir:

Şəbəkə və sistem monitorinqinin gücləndirilməsi;

Şübhəli fəaliyyətlərə dair logların vaxtında yoxlanılması;

Əlavə yüklənmələrin, əlaqə kəsintilərinin və digər kənar halların diqqətlə izlənməsi;

DDoS mitigation xidmətlərindən və müxtəlif təhlükəsizlik həllərindən istifadəedilmə

Şübhəli vəziyyət müşahidə olunduqda XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə məlumat verilməsi tövsiyyə olunur.

AzPost.az

Post navigation

Previous: Milyarder İbrahim Süleymanov Moskvada həbs edilib
Next: Dələduzlar iş adamı Əbülfəz Babayevin pulunu qaytardılar-

Oxşar xəbərlər

ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00

xƏBƏR

qida yemek
  • Maraqlı

Xolesterin 20 yaşdan sonra da yüksələ bilər – Həkim bu 6 məhsula diqqət çəkdi

User 02 Noyabr 2026 - 17:20
Bir neçə onillik əvvəl belə hesab olunurdu ki, xolesterinlə bağlı problemlər yalnız 55 yaşdan yuxarı insanlara aiddir....
Read more about Xolesterin 20 yaşdan sonra da yüksələ bilər – Həkim bu 6 məhsula diqqət çəkdi
Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək? fermer01
  • Baş Yazı

Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək?

User 02 Noyabr 2026 - 17:09
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb DSX
  • Sosial

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

User 02 Noyabr 2026 - 16:46
“Yaxın vaxtlarda Azərbaycanla sərhəd demarkasiyası davam etdiriləcək” – Mher Qriqoryan mqer qriqoryan
  • Dünya

“Yaxın vaxtlarda Azərbaycanla sərhəd demarkasiyası davam etdiriləcək” – Mher Qriqoryan

User 02 Noyabr 2026 - 15:42
NASA 4 nəfəri bir il Marsda saxladı – Eksperimentin nəticələri təəccübləndirdi nasa01
  • Maraqlı

NASA 4 nəfəri bir il Marsda saxladı – Eksperimentin nəticələri təəccübləndirdi

User 02 Noyabr 2026 - 15:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.