Dövlət İmtahan Mərkəzində TOEFL iBT və SAT imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) 13 mart 2021-ci il tarixində SAT və TOEFL iBT imtahanları keçirilib. 

DİM-dən verilən məlumata görə, koronavirusla (COVID-19) əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. 

SAT imtahanında 3 əcnəbi olmaqla 58 nəfər iştirak edib. İmtahan nəticələrinin martın 26-dan etibarən elan olunması gözlənilir. 

Növbəti SAT (SAT Subject) imtahanı mayın 8-də keçiriləcək. 

SAT imtahanına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/ 

TOEFL iBT imtahanında isə 1 əcnəbi olmaqla 14 nəfər iştirak edib. 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

Növbəti TOEFL iBT imtahanının martın 27-də keçirilməsi nəzərdə tutulur. 

Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/activities/exams/toefl/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dağıdılmış Ağdama yaddaş səfəri

Sonrakı məqalə

“Neftçi” “Səbail”i böyük hesabla məğlub edib