Dövlət Komitəsi İsveçdə vəfat edən azərbaycanlı alimlə bağlı nekroloq yaydı

Diasporla İş üzrə Dövlət Komitəsi İsveçdə vəfat etmiş türkoloq alim Arif Rəhimoğlu ilə bağlı nekroloq yayıb.

Komitədən Azpost.info-ya daxil olan açıqlamada deyilir ki,  Azərbaycan diasporuna ağır itki üz verib. Yöteborq şəhərində yaşayan türkoloq alim Arif Rəhimoğlu ömrünün 67-ci ilində dünyasını dəyişib.

“Xalq hərəkatının öncüllərindən biri olan Arif Rəhimoğlu 1955-ci ildə Naxçıvanda doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini və Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasını bitirib. “Mahmud Kaşğarinin “Divan-luğat-it-türk” əsərinin leksikası və Azərbaycan dili” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Naxçıvanın Babək rayon Vayxır kənd orta məktəbində müəllim, Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim və baş müəllim, “Naxçıvan” Özəl Universitetində dosent işləyib.

20 kitab və 250-dək elmi məqalənin müəllifi olan soydaşımız 2003-cü ildən İsveçdə yaşayırdı.

Diasporla İş üzrə Dövlət Komitəsi mərhumun ailəsinə, yaxınlarına və İsveçdəki diaspor üzvlərimizə dərin hüznlə başsağlığı verir, kədərlərinə şərik olduğunu bildirir.

Allah rəhmət eləsin!

Əvvəlki məqalə

Avropa İttifaqı Ukraynada törədilmiş kütləvi qətllə bağlı bəyanat yaydı

Sonrakı məqalə

“Take Off Baku” startap sammitinə qeydiyyat başa çatıb