Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Dövlət orqanlarına antikorrupsiya təlimləri keçirilib

User 08 İyun 2022 - 11:27 (Last updated: 21 May 2025 - 20:15)
Bələdiyyələr

Bələdiyyələr

“Şəffaflıq” Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə İB –nin Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 13 dövlət orqanının 375 əməkdaşına korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilib.

Təlimlər 2022-ci ilin fevral iyun aylarını əhatə etməklə “Dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı onlayn təlim kurslarının təşkili” layihəsi çərçivəsində baş tutub. Təlimlərə Ədliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Sumqayıt və Suraxanı rayon icra hakmiyyətlərinin əməkdaşları cəlb olunub.

“Antikorrupsiya və etik davranış qaydaları mövzusunda” keçirilən təlimin Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə təşkil olunub. Təlim iştirakçılarına korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətə baxılması, korrupsiya riskləri və onların qarşısının alınması, dövlət qulluqçularının etik davranış qaydaları, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət və s. məsələlərlə bağlı ətraflı məlumatlar verilib .

Korrupsiya ilə əlaqədar hüquqpozmalara və etik davranış qaydalarına dair konkret keyslər iştirakçılarla birgə təhlil edilib.

Post navigation

Previous: Ankarada Çavuşoğlu-Lavrov görüşü başlayıb
Next: Çavuşoğlu: “Rusiya-Ukrayna dialoquna qayıtmaq üçün zəmin yarandığını görürük”

Oxşar xəbərlər

5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09

xƏBƏR

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiyaya və Ukraynaya müraciəti nəticəsində Ukraynanın Oleşki şəhərində lokal atəşkəs barədə razılaşma...
Read more about Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.