Dövlət qulluğu üzrə test imtahanından uğurla keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb

Dövlət qulluğuna qəbul üzrə fevralın 13-də test imtahanından (B növü) müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Bu barədə  Dövlət İmtahan mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər sertifikatlarını əldə etmək üçün Mərkəzin Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasına və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrinə müraciət edə bilərlər.

AZƏRTAC

Əvvəlki məqalə

“Sanksiyalara görə ağlamağa ehtiyac yoxdur” –

Sonrakı məqalə

Niderland Rusiyanın 516 milyon avroluq aktivlərini dondurdu