Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Dövlət uşaqpulu verir” –

User 12 Dekabr 2023 - 16:49 (Last updated: 21 May 2025 - 20:15)
elman nesirov

“Azərbaycanda uşaqpulunun verilməməsi barədə fikirlər doğru deyil. Bundan müxalifət qüvvələri təbliğatında istifadə edirlər. Azərbaycanda uşaqpulu adı altında olmasa da, müxtəlif kateqoriyadan olan 611 min nəfər uşaq məhz uşaqpulu ilə təmin olunur”.

Bu sözləri Azpost.info-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirli deyib.

Millət vəkilinin sözlərinə görə, “Azərbaycanda uşaqpulu verilmir” ifadəsini işlətmək doğru deyil: “Mən rəqəmləri deyim, cəmiyyətimiz də məlumatlı olsun ki, dövlət uşaqpulunu hansı formada verir. Birincisi, 50 min əlil uşağın hamısı 18 yaşınadək uşaqpulu ilə təmin edilir. İkincisi, valideynlərini itirmiş uşaqlar 18 yaşadək uşaqpulu alırlar. Söhbət 166 min uşaqdan gedir. Üçüncüsü, 160 min aztəminatlı ailələrə sosial yardımlar verilir ki, həmin ailələrdə də azyaşlı uşaqlar böyüyür. Dördüncüsü, ölkəmizdə hər il orta hesabla 120 min uşaq dünyaya gəlir ki, o uşaqlara da doğuş zamanı birdəfəlik maliyyə verilir. Daha sonra şəhid ailələrinə, qazilərə, beşdən çox  uşağı olan ailələrə pul verilir, hansı ki, onların sayı 30 mindir. Bu rəqəmlərə baxdıqda görünən odur ki, adı uşaqpulu olmasa da, dövlət müxtəlif adlar altında uşaqpulu verir”.

“Bizim müxalifətin dediklərindən belə təsəvvür yaranır ki, dövlət uşaqlara bir qəpik də pul vermir. Hesab edirəm ki, bu, yanlış yanaşmadır. İnsanlarımız radikal müxalif qüvvələrin bu cür fikirlərinə aldanmırlar”, – deputat fikrini tamamlayıb.

Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentində yenidən uşaqpulu məsələsi gündəmə gətirilib. İctimai fəallar, xüsusən də müxalif qüvvələr Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı qərara ehtiyacın olduğu barədə müzakirələr açırlar.

Anar ABDULLA

Azpost.info

 

 

 

 

Post navigation

Previous: Dünyanın ən böyük domen provayderi rusiyalı müştərilərlə əməkdaşlığı dayandırır
Next: “Sülh sazişi ilə bağlı bir çox məsələlər artıq razılaşdırılıb” –

Oxşar xəbərlər

eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36

xƏBƏR

uno
  • Maraqlı

ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu

User 30 Oktyabr 2026 - 12:40
ABŞ-da mülki təyyarənin pilotları avqustun 16-da Ohayo ştatı üzərində uçarkən yaxınlıqda naməlum uçan obyekt müşahidə ediblər. Bu...
Read more about ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu
Paltaryuyan maşının qapısını yuyulmadan sonra bağlayırsınız? – Xəbərdarlıq paltaryuyan
  • Maraqlı

Paltaryuyan maşının qapısını yuyulmadan sonra bağlayırsınız? – Xəbərdarlıq

User 30 Oktyabr 2026 - 12:29
Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53
Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.