Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Sülh sazişi ilə bağlı bir çox məsələlər artıq razılaşdırılıb” –

User 12 Dekabr 2023 - 16:53 (Last updated: 21 May 2025 - 20:15)
ilham pasin08

Ermənistan rəsmiləri son günlər verdiyi bəyanatlarda rəsmi İrəvanın sülhə hazır olduğu barədə fikirlər səsləndirirlər. Bir müddət əvvəl Ermənistan Parlamentinin sədri Alen Simonyan sülh bəyanatı ilə çıxış etmişdi. Dünən isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Bakı ilə sülh sazişini imzalamağa hazır olduğunu söyləyib.

Hərbi-siyasi ekspert Ədalət Verdiyev Azpost.info-ya İrəvandan verilən bəyanatları şərh edərkən deyib ki, Ermənistan yeni şəraiti qəbul etməkdə və sülhdən başqa yolunun olmadığını anlamaqdadır.

Ekspert xatırladıb ki, sülh sazişi ilə bağlı rəsmi Bakıdan göndərilən təkliflərə İrəvan uzun fasilələrdən sonra cavab verirdi: “Bəzən bu proses 6 ayadək çəkib. Son təkliflərə isə təxminən iki aya qədər vaxt ərzində Ermənistan tərəfi cavab verdi. Müşahidə etdiyimiz məqam odur ki, artıq cavablandırma müddəti qısalıb. Bu da ondan xəbər verir ki, bir çox məsələlər artıq razılaşdırılıb, sadəcə bəzi bəndlər üzrə detallar razılaşdırılır. Ona görə də ümid edirəm ki, gələn ilin əvvəlində əsaslı sənəd imzalanacaq”.

“Sülh sazişi imzalanmayanadək sərhəddə hərbi insidentlər ehtimalı çox olacaq. Bu, Ermənistana heç bir xeyir verməyən amildir. Düşünürəm ki, Azərbaycanın yaratdığı reallıqlar Ermənistan tərəfindən zorla da olsa qəbul edilir. Bu gün Ermənistan tərəfi Azərbaycanla birbaşa kontaktlardan çəkinmir. Eyni zamanda, Vaşinqton və Moskva formatında da danışıqlar davam edəcək. Ümid edirəm ki, yaxın vaxtlarda yaxşı hadisələrin şahidi olacağıq”, – deyə Ə.Verdiyev fikrini tamamlayıb.

Anar ABDULLA

Post navigation

Previous: “Dövlət uşaqpulu verir” –
Next: Sərvətinin yalnız 20 faizini uşaqlarına qoyub

Oxşar xəbərlər

eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36

xƏBƏR

DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53
Oktyabrın 29-da Azərbaycanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 97 nəfər saxlanılıb. Onlardan 74-ü borclu şəxs...
Read more about Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı
Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.