Dövlət Xidmətinin tabeliyində olan qurumun direktor müavini həbs edilib

“Azərbaycan Standartlaşdırma İnstitutu”nun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini vəzifəsində işləmiş Rafiq Əzizov həbs edilib.

Rafiq Əzizov rüşvət almaqda ittiham edilir.

Onun barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 23-ə təyin edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində olan qurumların fəaliyyətinin şəffaflaşdırılması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirir: “Bu tədbirlər çərçivəsində “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik hüquqi şəxsdə aparılan daxili yoxlamalar zamanı İnstitutun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini vəzifəsində işləmiş Rafiq Əzizovun fəaliyyətində aşkar olunan pozuntulara dair materiallar 2021-ci ilin mart ayında hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına (Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə) göndərilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda güclü külək əsəcək, bəzi rayonlarda yağış yağacaq

Sonrakı məqalə

““Bakı Klinika”sının və “Mersedes”in mənə heç bir aidiyyatı yoxdur” –