Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olundu

Telman Adıgözləov
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilib.

Dövlət İmtahan Mərkəzindən

AzPost-a bildirilib ki, avqustun 7-də 5 dövlət orqanında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun 9 vəzifənin tutulması üçün daxili müsahibə elan olunub.

Vakant vəzifələrdən 1-i inzibati vəzifələrin birinci, 2-si ikinci, 6-sı isə üçüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər avqustun 7-dən 21-dək saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət forması”nı doldurmaqla qeydiyyatdan keçə bilərlər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.