Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlanıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ayla müqayisədə 191 min ədəd artaraq, 17 milyon 867 min ədəd təşkil edib.

Mərkəzi Bankın məlumatəna görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21,2 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 22,1 faiz, kredit kartları üzrə 15,3 faiz təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Əvvəlki məqalə

Prezident BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib

Sonrakı məqalə

Dünyada istifadə olunan bütün resursların 10 faizi tullantıya çevrilir